Kommersiya və vergi sirri sayılmayan məlumatlar açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Aşağıdakı məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:
– vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi və təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında;
– müəssisənin nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
– vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
– vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borclar.
– hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla).
– vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olub-olmaması haqqında;
– vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının dayandırılıb-dayandırılmaması haqqında;
– vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması, habelə bu hallarla bağlı vergi orqanının qəbul etdiyi qərarlar haqqında.