Tanınmş müğənni Manaf Ağayevin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifə tutan oğlu Elçin Ağayev işindən kənarlaşdırılıb.

Heftelik.az-ın “Gununsesi.info”ya istinadən verdiyi məlumata görə,  Elçin Ağayev TƏBİB-in Monitorinq və Daxili Təhqiqat Departamentinin rəhbəri postunda çalışıb.

Onun vəzifəsini itirməsinə səbəb isə ölkənin Qərb bölgəsindəki tibb ocaqlarının birində baş verən qalmaqal olub.