Naryad-buraxılış sənədini verən vəzifəli şəxslərin nələrə cavabdeh olduqları açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Naryad-buraxılış sənədini verən vəzifəli şəxslər aşağıdakılara cavabdehdirlər:

– naryad-buraxılış sənədinin vaxtında, düzgün tərtib edilməsinə və verilməsinə;

– naryad-buraxılış sənədində göstərilən və hündürlükdə işlər yerinə yetirilərkən işçilərin təhlükəsizliyini təmin edən tədbirlərə;

– təhlükəsizliyə cavabdeh olan briqadanın tərkibinə və işçilərin təyin olunmasına;

– naryad-buraxılış sənədində göstərilən təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə nəzarətin təşkilinə;

– naryad-buraxılış sənədlərinin saxlanılmasına və uçotuna.