Ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin, habelə hadisə nəticəsində ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu özünün hüquqi varis qismində tanınmasını tələb edə bilər.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Onun ərizəsinə cinayət prosesini həyata keçirən orqan tərəfindən Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada baxılır.