Qarmaqlara və ayaqlıqlara xidmət və onların vaxtaşırı yoxlanılması istehsalçının istismar sənədləri əsasında yerinə yetirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Buz bağlamış dirəklərə və xətlərində, konstruksiyalarında hesablanmamış əlavə yük yaradan donmuş buz yığınları olan dirəklərə dırmaşmaq üçün, eləcə də qarmaqlar və ya ayaqlıqların istehsalçısının istismar təlimatlarında göstərilmiş, mümkün hava temperaturundan aşağı temperaturlarda qarmaqlardan və ayaqlıqlardan istifadə etmək qadağandır.