Vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı sahibkarlığın inkişafı üçün təqdim olunan investisiya layihələrinin ekspertizasının həyata keçirilməsi, həmin layihələrin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsi, habelə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyasının verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), səlahiyyətlərinin icrası ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.