Söykəmə nərdivan quraşdırılarkən onun yuxarı ucunun yerdəyişməsi mümkün olan hallarda etibarlı şəkildə dayanıqlı konstruksiyalara bağlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Borulara və ya xətlərə söykəmə nərdivanların yuxarı ucları küləyin təsirindən və ya təsadüfi təkanlardan yıxılmasının qarşısını alan xüsusi qarmaq-tutucularla təchiz olunurlar. Konstruksiyalarda və ya xətlərdə işləmək üçün tətbiq edilən asma nərdivanlarda onları konstruksiyalara və ya xətlərə möhkəm bağlanmağı təmin edən qurğu olmalıdır.