UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunun “Tottenhem” (İngiltərə) – “Qarabağ” oyunu keçirilib.
Heftelik.az-ın məlumatına görə, qarşılaşma “Tottenhem Hotspur” stadionunda baş tutub.
Görüş tıxac səbəbindən 35 dəqiqə gec başlayıb. Matçı fransalı baş hakim Villi Delajo idarə edib.
Qarşılaşmanın 7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Radu Drequşin Juninyoya qarşı kobud oyuna görə meydandan qovulub. Matçın 12-ci dəqiqəsində meydan sahiblərinin heyətində Brennan Conson, 53-cü dəqiqədə Pap Matar Sarr fərqlənib. Oyunun 58-ci dəqiqəsində Toral Bayramov 11 metrlik cərimə zərbəsini qaçırıb. 69-cu dəqiqədə isə meydan sahiblərinin heyətində Dominik Solanke fərqlənib hesab 3:0 olub.