Yükqaldırıcı mexanizmlərə və sökülə bilən yüktutan qurğulara düşən yük onların yükqaldırma qabiliyyətini keçməməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İlgəkləri, sapfaları, halqaları olan yüklər üçün onları stropla tutma sxemləri işlənir. Belə çıxıntıları olmayan yüklər üçün stropla tutma üsulları işlənilərək, icra planında göstərilməlidir. Daha çox tez-tez rast gəlinən yüklərin stropla tutma sxemləri iş yerlərində asılır.