“Hizbullah” lideri öldürüldü

28 Sentyabr 2024, 14:53

“Hizbullah” lideri Şeyx Həsən Nəsrullah öldürülüb.

Heftelik.az-ın məlumatına görə, Şeyx Həsən Nəsrullah İsrailin  Beyrutun Dahiya bölgəsinə endirdiyi aviazərbə nəticəsində öldürülüb.

Təşkilat liderinin qızı və cənub qanadının başçısı Ali Karki də aviazərbə zamanı ölüb.

İsrail ordusu “Hizbullah” liderinin öldürülməsi ilə bağlı yayılan informasiyanın doğru olduğunu təsdiqləyib.

İran Prezidenti Məsud Pezeşkian  Tehranın “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın ölümünə cavab tədbirləri hazırladığını bəyan edib.