İsrailin zərbələri nəticəsində “Hizbullah” rəhbəri Nəsrullahın qızının öldüyü barədə xəbər yayılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrailin 12-ci telekakanalı məlumat yayıb.

Bildirilib ki, “Hizbullah” rəhbərinin qızı Zeynəb Nəsrullahın cəsədi İsrail hərbçilərinin zərbələr endirdiyi yerdə dağıntılar altından tapılıb.

Hələlik bu barədə rəsmi məlumat yoxdur.