Sentyabrın 30-da VII çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının ilk iclası keçiriləcək.

Heftelik.az-ın məlumatına görə, payız sessiyasının ilk iclasında Ali Məclisin payız sessiyası üçün qanunvericilik işləri planının təsdiq edilməsi, İntizam komissiyası və komitələrin tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, sentyabrın 26-da yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib. İclasda Ali Məclis sədrinin seçilməsi məsələsinə baxılıb, Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənmədiyi üçün Ali Məclisin sədr müavinlərinin seçilməsi məsələsinin müzakirəsinə başlanılıb. Səsvermə nəticəsində Məmmədov Bəxtiyar İbrahim oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Abdullayev Arzu Kamal oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini seçilib.