“Helen” qasırğası ABŞ-nin cənub-şərqindəki dörd ştatda 40 nəfərin ölümünə səbəb olub.

Heftelik.az-ın Associated-Press-ə istinadən verdiyi məlumata görə, ölənlər arasında Corciya, Şimali Karolina, Florida və Cənubi Karolina ştatlarının sakinləri də var.

Qasırğanın yol açdığı daşqınlar səbəbindən ABŞ-nin Tennessi ştatında daşqın nəticəsində  xəstələr və həkimlər də daxil olmaqla ümumilikdə 54 nəfər xəstəxananın damında qalıb, 7 nəfər xilasedici qayıqlara sığınıb.

Daşqın səbəbindən xəstəxanaya gedən bütün yollar keçilməz hala düşüb.

Bir neçə patrul və təcili yardım maşını suyun altında itib.

Milli Qvardiya xilasetmə əməliyyatında iştirak edir.