Uzun illər Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) baş qərarjahında yaayan Şero adlı pişik ölüb.

Heftelik.az-ın məlumatına görə, bunu Çat Hispital Pişik Xəstəxanasının baş həkimi Tarkan Özçetin açıqlayıb.

Tarkan Özçetin sosial media hesabından yaydığı açıqlamada bildirib ki, 20 il ərzində Türkiyə siyasətində təbəssüm qaynağı olmuş, bütün heyvansevərlərin könlündə taxt qurmuş CHP-nin pişiyi Şero xəstəxanada müalicə prosesindən sonra bu səhər həyatını itirib: “20-dən çox yaşı və yaşla əlaqədar sağlıq problemləri səbəbindən bir müddətdir ki, xəstəxanamızda müşahidə altında olan Şero bütün səylərimizə baxmayaraq təəssüf ki, aramızdan ayrılıb. Şeronun müalicə prosesi diqqətlə aparılıb, ən müasir texnologiyalar və təcrübəli həkim heyətimizin dəstəyi ilə hər cür müalicə tətbiq olunub. Lakin yaşa bağlı yaranan xroniki sağlamlıq problemləri nəticəsində bu səhər həyatını itirib. Başda CHP ailəsi olmaqla, bütün sevdiklərinə başsağlığı diləyirik”.

Şero CHP qərargahının baxçasında basdırılıb.