16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Ərzurum şəhərində təşkil olunan “U-16 Türkdilli Ölkələr Turniri”ndə iştirak edir.
“Heftelik.az”-ın məlumatına görə, sentyabrın 29-dan Türkiyə Futbol Federasiyasının təşkilatçılığı ilə baş tutan yarış oktyabrın 7-dək davam edəcək.
U-16 Türkmənistan və Türkiyə yığması ilə A qrupunda mübarizə aparır.
Yarışda 23 klubu təmsil edən yeniyetmə mübarizə aparır. Bunlardan biri də uşaqlıqdan futbolla məşğul olan Kəmaləddin Cəfərlidir. Kəmaləddin “Qarabağ” klubunda çıxış edir.