İki gün öncə Sumqayıtda 8-ci mərtəbədən yıxılan 12 yaşlı qız ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə 28 sentyabr axşam saatlarında şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
O, bu gün səhər saatlarında Bakıda müalicə aldığı xəstəxanada ölüb.