Hündürlükdə işləyən zaman avadanlığın, mexanizmlərin, kiçik mexanikləşdirmə vasitələrinin, əl alətlərinin təhlükəsiz istismar tələbləri əməyin mühafizəsi üzrə təlimatlarda göstərilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Ağırlığı 10 kq-dan çox olan alətlər, inventarlar, qurğular və materiallar müstəqil anker qurğusu ilə ayrıca kanatda asılmalıdırlar. Hündürlükdə işlər başa çatdıqdan sonra avadanlıq, mexanizmlər, kiçik mexanikləşdirmə vasitələri, əl alətləri aşağı endirilməlidirlər.