Bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəddən eyni sənədlərin tələb edilməsi düzgün deyil, bununla bağlı Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Siyavuş Novruzov vətəndaşların kartından pulların çıxarılması hallarının yayılmasına diqqət çəkib: “Texnologiyalardan istifadə edərək vətəndaşların pensiyalarının, pullarının bank kartalarından mənimsənilməsi narazıçılıq yaradır. Bunun qarşısı alınmalıdır. Vətəndaş banka etibar edir, kartından pul çıxarılır”.
O, bir söz, ifadə işlədən müəllimlərin üzərinə düşülməsini, işdən çıxarılmasını da düzgün saymayıb.