Əl ilə idarə edilən lingli bucurqadları avadanlığa xidmət göstərmək üçün təyin olunan meydadançalara qaynaq etməyə, boru xətlərinə və onların asqılarına bərkitməyə yol verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bucurqada təsir edən çevirici (aşırdıcı) momenti azaltmaq üçün kanat barabana aşağıdan yanaşmalı, onun sarınan qolu isə mümkün olduqca üfüqi vəziyyətə yaxın olmalı, barabanın və bərabər məsafədə duran rebordların oxuna perpendikulyar olan müstəvidən 2o-dən çox kənara çıxmamalıdır ki, bu da istiqamətləndirici blokları tətbiq etməklə təmin edilir.