Yeraltı boru kəmərlərinin elektrik mühafizə qurğularının parametrlərinə nəzarət ücün nəzarət-ölcü boruları (katod çıxımları) quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Beləliklə, aşağıdakı kimi nəzarət ücün nəzarət-ölcü boruları (katod çıxımları) quraşdırılmalıdır

– hər kilometrdən bir boru kəmərlərinin trası boyunca kilometr nişanı ilə birlikdə;

– elektrik mühafizənin qoşulduğu yerlərdə;

– izolyasiya səthinin tipinin dəyişdiyi yerlərdə;

– izoləedici qoymaların və ötürmələrin qoşulduğu yerlərdə;

– avtomobil və dəmir yolları altından kecən yerlərdə (boru kəmərinin sərbəst çıxımı və futlyar ilə);

– su səthinin üstündən kecidlərdə;

– metal boru kəmərləri və elektrik xətləri ilə kəsişmələrdə.