Müəssisənin elektrik qurğuları, elektrik avadanlığının istismarı və təmiri, işlərin düzgün və təhlükəsiz təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na görə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularının yerləşdiyi otağın, kameraların, lövhələrin, quraşdırmaların qapıları (iş görülən otaqlardan başqa) qıfılla bağlanmalıdır.