Hansı hallarda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmədiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Aşağıdakı hallarda hündürlükdə işlərin yerinə yetirilməsinə icazə verilmir:

– açıq yerlərdə hava axınının (küləyin) sürəti 15 m/san və daha çox olduqda;

– iş cəbhəsi hüdudlarında görünməni istisna edən tufan və ya duman olduğu halda, eləcə də konstruksiyalar buz bağladıqda və avadanlığın, mühəndis konstruksiyalarının xətlərində (o cümlədən elektrikötürücü xətlərin dayaqlarında), ağaclarda buz təbəqəsinin qalınlığı artdıqda;

– konstruksiyaların küləktutan səthlərinin quraşdırılması (sökülməsi) zamanı küləyin sürəti 10 m/san və daha çox olduqda.