Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxsin hansı işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməli olduğu aşıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hündürlükdə işlərə başlamazdan əvvəl işəgötürən və ya onun müvəkkil etdiyi şəxs aşağıdakı işçilərə işlərin təhlükəsiz yerinə yetirilməsi metodlarının və üsullarının öyrədilməsini təşkil etməlidir:

– ilk dəfə hündürlükdə işləməyə buraxılanlara;

– əvvəllər müvafiq təlimat almamış, başqa işdən keçənlərə;

– hündürlükdə işlərə bir ildən çox fasilə vermiş işçilərə.