Sonrakı iş növbəsi başladığı zaman məsul iş icraçısı hasarların, təhlükəsizlik nişanlarının bütövlüyünə və tamlığına əmin olmalı və bundan sonra briqada üzvlərini işə buraxmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşə buraxılma barədə icazə məsul iş icraçısında olan naryad-buraxılış sənədinin nüsxəsində qeyd edilərək rəsmiləşdirilir. İşlər başa çatdıqdan sonra məsul iş icraçısı briqadanı iş yerindən çıxarmalı, briqada tərəfindən quraşdırılmış müvəqqəti hasarları sökməli, bunların yerinə daimi hasarlar quraşdırmalı, təhlükəsizlik plakatlarını, bayraqları, anker qurğularını yığışdırmalı, iş yerinin təmizliyini yoxlamalı, alətlərin olmamasına diqqət yetirməli, naryad-buraxılış sənədində işin tam bitməsini öz imzası ilə təsdiqləyərək işin başa çatması barədə naryad-buraxılış sənədini verən işçiyə məlumat verməlidir.