Kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsində və ya ondan yuxarıda quraşdırılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Rigellərin aşağı qurşaqları üzrə keçərkən kanat ayaq pəncəsi üçün dayaq səthinin səviyyəsindən 1,5 m-dən az olmayan hündürlükdə, kranaltı tirlər üzrə keçərkən isə 1,2 m-dən az olmayan hündürlükdə quraşdırılmalıdır. Kanatın bərkidildiyi nöqtələr arasındakı uzunluq quraşdırıldığı binanın, tikilinin konstruktiv elementlərinin ölçülərindən asılı olaraq təyin edilməlidir.