Məsul iş rəhbəri və ya iş icraçısının 3 vəzifəsi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Məsul iş rəhbəri və ya iş icraçısı aşağıdakıları yerinə yetirməlidirlər:

– naryad-buraxılış sənədi verən vəzifəli şəxsdən işlərin icrası üçün naryad-buraxılış almaq, bu barədə naryad-buraxılış üzrə işlərin uçotu jurnalında qeydlər aparmaq;

– uçot jurnalları ilə işləmək üçün lazım olan icra planı, layihə, texnoloji sənədlərlə, qəza vəziyyəti və xilasetmə işləri zamanı təxliyyə planı ilə tanış olmaq və işlər yerinə yetirilərkən bu sənədin olmasını təmin etmək;

– məsul iş rəhbərinin iştirakı ilə iş yerlərinin hazırlığını, naryad-buraxılış sənədində nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərini yerinə yetirməsini, briqada üzvlərinin naryad-buraxılış sənədində göstərilmiş alətlərlə, materiallarla, mühafizə vasitələri ilə, nişanlarla, hasarlarla komplektləşdirilməsini, eləcə də briqada üzvlərinin hündürlükdə işlərə buraxılma haqqında vəsiqələrinin və bu vəsiqələrin qüvvədə olma müddətlərinin olmasını yoxlamaq.