Konstruktiv olaraq sığorta bağlamasının tərkibinə daxil olmayan işçi oturacağı bel nahiyəsində bel üçün dayağa malik olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

İşçilərin təhlükəsiz və səmərəli işləməsini yaxşılaşdırmaq üçün işçi oturacaqda ayaqlar üçün hündürlük üzrə tənzimlənən dayaq (ayaqaltı) nəzərdə tutulur. Kanatla yanaşma sistemində çox halda sintetik liflərdən hazırlanmış statik kanatlardan istifadə olunur. Müvafiq qaldırıb-endirmə qurğularından istifadə etməklə polad kanatlardan da istifadə etməyə yol verilir.