Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə, Polad Bülbüloğlunu Aleksandr Nevski ordeni ilə təltif edib.

Heftelik.az-ın məlumatına görə,  bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2018-ci ildən Rusiyadakı diplomatik korpusun duayeni olub. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə deputat seçilib.