Qeyri-stasionar iş yerlərinə baxış keçirilərkən nələrin nəzərə alınmalı olduğu məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Qeyri-stasionar iş yerlərinə baxış keçirilərkən aşağıdakılar nəzərə alınmalıdır:
– hava şəraiti;
– işçinin üzərinə materialların və əşyaların düşmə ehtimalı;
– qaynaq və qaz alov avadanlığının, kəsici və ya ətrafa qəlpə səpələyən alətlərdən istifadə olunması;
– konstruksiyaların elementlərində komponentlərin və mühafizə vasitələrinin hissələrinin zədələnmə riskini yaradan iti ucların olması;
– anker qurğularının yeri ilə əlaqədar bu Qaydalarda göstərilmiş təhlükəli faktorların olması.