Yükqaldırma qabiliyyətinə görə blok seçilərkən rolikin qanovunun ölçülərinin kanatın diametrinə uyğun olması yoxlanılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Rolikin qanovunun diametri kanatın diametrindən 1-3 mm böyük olmalıdır. Polispastların yuxarı hərəkətsiz bloklarını asarkən yuxarı blokun qurşağı yan tərəfdən rigelə və ya tirə söykənməməlidir. Yuxarı blokun roliklərinin kanata nəzərən çəpəki durmasına yol verilmir.