Nərdivanların və meydançaların qaldırılmasından əvvəl onlar montaj edilən konstruksiyalara quraşdırılmalı və bərkidilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Söykəmə nərdivanın uzunluğu işçiyə nərdivanın yuxarı ucundan 1 m-dən az olmayan məsafədəki pilləsində ayaq üstə duraraq işləyə bilmək imkanını təmin etməlidir. 1,8 m-dən çox hündürlükdə söykəmə nərdivanla işləyən zaman tikilinin və ya nərdivanın konstruksiyasına bağlanan sığorta sistemi tətbiq edilməlidir (bu şərtlə ki, nərdivan tikinti və ya başqa konstruksiyaya bərkidilsin).