Taxta konstruksiyalar quraşdırılarkən nələri etməyə yol verilmədiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Taxta konstruksiyalar quraşdırılarkən aşağıdakılara yol verilmir:

– yaqaltıları, söykəmə nərdivanları, asma nərdivanları döşəmə və ya tavan astarının üstünə qoymaq;

– döşəmə və tavan astarlarının üstündə gəzmək və durmaq. İşçilərin göstərilən yerə keçməsi üçün tirlərin üzərinə eni 0,7 m-dən az olmayan müvəqqəti taxta döşəmə düzülməlidir;

– dağıtma və qırma üsulu ilə ayaqaltıları, taxtabəndləri və döşəmələri sökmək;

– taxtabəndlər üzərində taxta materialları, şalban, emal edilən detalları yığmaq.