Uzunölçülü YÜKLƏR

30 Sentyabr 2024, 08:17

Yükü qaldırmaq üçün onun ağırlığa hesablanmayan çıxıntılarından, şturvallarından, ştuserlərindən və başqa hissələrindən stropla tutulmasına yol verilmir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Uzunölçülü yüklər (tirlər, sütunlar) qaldırılan və endirilən zaman kanatlardan və tros dartıcılarından istifadə olunmaqla istiqamətləndirilməlidirlər. Pilləkən və digər meydançalardan yüklər qəbul edilərkən və ya göndərilərkən işlərin təşkili və meydançaların təchizatı elə həyata keçirilməlidir ki, işçilər meydança hasarlarından bayıra əyilməsinlər.