Göygöldə azyaşlının üzərinə dəmir qapı düşdü
Göygöldə bədbəxt hadisə baş verib. Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayon sakini 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb. Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.