Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Azərbaycanın bundan əvvəl Rusiyada səfiri Polad Bülbüloğlu olub. Polad Bülbüloğlu Milli Məclisin deputatı seçildiyi üçün bu vəzifədən geri çağırılıb.