Xaricdə yaşayan azərbaycanlıların  dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinə, habelə bu sahədə sosial layihələrin reallaşdırılmasına dövlət dəstəyini təmin etmək Mənəvi Dəyərlərin Təbliği Fondun məqsədləri sırasına daxil edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanla Mənəvi Dəyərlərin Təbliği Fondunun Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Mənəvi Dəyərlərin Təbliği Fondu dini qurumların beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların dini etiqad azadlığının təmin olunması sahəsində fəaliyyətinin həyata keçirilməsinə dəstək verəcək.