Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Heftelik.az-a verilən məlumata görə, saat 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.
Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.