Baxış zamanı qüsurlar aşkar edilmiş bucurqadlar işə buraxılmırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Aşağıdakı hallarda bucurqadların istismarına yol verilmir:

– bucurqad onun iş yerində lazım olduğu kimi bərkidilmədikdə;

–  tormozlar nasaz olduqda;

–  intiqal (ötürücü) nasaz olduqda;

–  intiqalın hasarı olmadıqda;

– kanat barabana lazım olduğu kimi bağlanmadıqda və ya onun barabana sarınması düzgün olmadıqda.