Məsul iş rəhbəri və ya iş icraçısının daha 4 vəzifəsi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

– naryad-buraxılış sənədində göstərilən alətlərin, materialların, mühafizə vasitələrinin, nişanların və hasarların hazırlanması və saz vəziyyətə gətirilməsi üzrə məsul iş icraçısına göstəriş vermək;

– iş yerinə gələn kimi şəxsən baxış keçirməsi yolu ilə işə başlamaq üçün iş yerinin hazırlanması üzrə tədbirlərin təşkilini, təmin edilməsini və nəzarətini həyata keçirmək, naryad-buraxılış sənədinə və ya icra planına uyğun olaraq xilasedici qəza və təxliyyə vasitələri dəstinin, ilk yardım dəstinin, təhlükəsizlik nişanlarının, qoruyucu hasarların və iş yerlərinin düzgün yerləşdirilməsi də daxil olmaqla hündürlükdən düşməyə qarşı işçilərə verilmiş fərdi mühafizə vasitələrinin tamlığını yoxlamaq;

– briqada tərkibinin naryad-buraxılış sənədində göstərilənlərə uyğun olduğunu yoxlamaq;

– hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə tədbirlər barədə məlumatları briqada üzvlərinin diqqətinə çatdırmaq, naryad-buraxılış sənədində göstərilən siyahıya uyğun onları təlimatlandırmaq;