Kanatla çıxış sisitemləri tətbiq olunmaqla hündürlükdə işləri yerinə yetirən işçilərə əlavə olaraq hündürlükdə işlərin şəxsi uçot kitabçası verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hündürlükdə işlərin təhlükəsiz metod və üsullarının öyrədilməsi başa çatdıqdan sonra işəgötürən işçilərin təcrübə keçməsini təmin edir. Keçirilən təcrübənin məqsədi işlərin təhlükəsiz yerinə yetirilməsi üzrə işçilərin nəzəri biliklərinin möhkəmləndirilməsi, həmçinin bilavasitə iş yerində praktiki vərdiş və bacarıqların, işlərin yerinə yetirilməsinin təhlükəsiz metod və üsullarının mənimsənilməsi və inkişaf etdirilməsindən ibarətdir.