İçərisində təhlükəli kimyəvi maddələr saxlanılan şüşə qablar dibinə və divarlarına keçə yaxud qabların sınmasının qarşısını alan digər uyğun material döşənmiş səbətin içində daşınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Bütün kimyəvi maddələr və materiallar qıfılla bağlanan xüsusi şkaflarda saxlanılmalı, reaktivlər saz ventilyasiya sistemi ilə təchiz olunmuş xüsusi otaqlarda saxlanılmalıdır.