Hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslərin nələri yerinə yetirməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.

Hündürlükdə işlərin təşkilinə və təhlükəsiz yerinə yetirilməsinə cavabdeh olan vəzifəli şəxslər aşağıdakıları yerinə yetirməlidirlər:

– qəza vəziyyəti və xilasetmə işlərinin yerinə yetirilməsi zamanı təxliyyə planının işlənilməsi;

– stasionar iş yerləri üçün hündürlükdə işlərin icra edilməsinə aid texnoloji xəritələrin işlənməsinin və tətbiqinin təşkil edilməsi;

–  stasionar olmayan iş yerləri üçün icra planının təsdiq edilməsi;

–  naryad-buraxılış sənədinin tərtib olunması;

– istehsalçının istismar sənədlərinin göstərişlərinə uyğun olaraq kollektiv və fərdi mühafizə vasitələrinin verilməsini təşkil etmək, eləcə də onlara vaxtında xidmət göstərilməsi, vaxtaşırı yoxlanılması;

– işçilərə hündürlükdə işlərin görülməsinin təhlükəsiz metod və üsullarının öyrədilməsini təşkil etmək, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə müvafiq təlimatların keçirilməsi;

– hündürlükdə işlərin xüsusi uçot kitabçalarının tərtib edilməsi.