Türkiyənin “Kayserispor” klubunun baş məşqçisi Burak Yılmaz istefa verib.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, o, Super Liqanın VII turunda doğma meydanda “Beşiktaş”a 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra bu qərarı açıqlayıb.
39 yaşlı mütəxəssis bu ilin yanvar ayında Kayseri təmsilçisinin “sükanı arxası”na keçib. Klub Yılmazın rəhbərliyi altında 21 matçda 3 qələbə, 10 heç-heçə və 8 məğlubiyyət yaşayıb.
Qeyd edək ki, Burak Yılmaz məşqçilik karyerasına “Beşiktaş”da başlayıb. Şenol Güneşin gedişindən sonra təyinat alan Yılmaz 5 matçda komandaya rəhbərlik edib, “ağ-qaralar” bu görüşlərdə 4 məğlubiyyət və 1 qələbə qazanıb.