Cinayət prosesini həyata keçirən orqanın nələr etməli olduğu açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət prosesini həyata keçirən orqan aşağıdakıları etməlidir:
– cinayət prosesində iştirak edən hər bir şəxsə hüquq və vəzifələrini izah etmək, onların həyata keçirilməsinə imkan yaratmaq (bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxsə onun hüquq və vəzifələri sadalanan yaddaş vərəqinin verilməsi cinayət prosesini həyata keçirən orqanı həmin şəxsin xahişi ilə müvafiq izahlar verməkdən azad etmir);
– etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər zəruri məlumatları cinayət prosesinin iştirakçılarına bildirmək.