Düşmə faktoru (işçinin düşmə hündürlüyünün amortizatorun işə düşməyə başlayana qədər sığorta sisteminin birləşdirici elementlərinin cəmi uzunluğa nisbəti ilə müəyyən olunan, işçinin mümkün ola bilən hündürlükdən düşməsinin xarakteristikası), ehtiyat hündürlüyün olmaması faktoru (ehtiyat hündürlük, stropun və birləşdiricilərin cəmi uzunluğu, işə düşən amortizatorun uzunluğu, işçinin boyu, eləcə də altdakı səthdən düşmə dayandıqdan sonra işçinin tarazlıq vəziyyətinə qədər qalan boş yer nəzərə alınaraq hesablanır) və düşmə zamanı rəqqas faktoru (işçinin düşməsi rəqqasvari hərəkətlə müşayiət olunduqda anker qurğusunun yerinin işçinin yerləşməsinə nisbətən seçilməsi zamanı yaranır) qeyri-stasionar iş yerlərinə baxış keçirilərkən nəzərə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.