Dam örtüyü işləri yerinə yetirilərkən işçilərə təsir edə biləcək əlavə zərərli istehsal faktorlarının qarşısını almaq üçün tədbirlər nəzərdə tutulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Zərərli istehsal faktorlarına aşağıdakılar aiddir:
– tədarük olunan materialların, alətlərin və avadanlığın səthində iti ucların, qırıntıların və kələ-kötürlüyün olması;
– bitum mastikalarının yüksək temperaturu;
– tətbiq edilən rulon və mastika materiallarının, durulaşdırıcıların, həlledicilərin yanğın-partlayış təhlükəsi;
– işçi zonada havada yüksək dərəcədə tozun və qazın olması;
– işçi zonanın kifayət qədər işıqlandırılmaması;
– elektrik cərəyanı ilə vurulma təhlükəsi;
– səs və vibrasiya.