Elektrik sınaq laboratoriyaları Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində dövlət reyestr qeydiyyatından keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
Elektrik sınaq laboratoriyasının operator yeri 1000 V-dan yüksək olan elektrik qurğularından ayrı olmalıdır. 1000 V-dan yüksək olan qurğunun otağına açılan qapı sınaq sxeminin elektrik qidalanmasını açan bloklama qurğusu ilə təmin olunmalıdır ki, qapılar açıq olduqda qidalanmanı qoşmaq mümkün olmasın.