Sentybarın 30-da bıçaqlanan Vidadi İsgəndərli xəstəxanada ölüb.

Heftelik.az-ın məlumatına görə, bu barədə jurnalist Qənimət Zahid sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, Fransada, Mülyuz (Mulhouse) şəhərində yaşayan Vidadi İsgəndərli sentyabrın 30-da səhər saatlarında naməlum adamların hücumuna məruz qalıb. Hücum edənlər səhər saat 7:30 radələrində onun yaşadığı evin pəncərəsini qıraraq içəri giriblər və Vidadi İsgəndərliyə çoxsaylı bıçaq zərbələri vurublar.
Vidadi İsgəndərli ağır vəziyytədə xəstəxanaya yerləşdirilsə də, həkimlərin səyinə baxmayaraq, bu gün ölüb.