İrandan İsrailə  500 raket atılıb.

Heftelik.az xəbər verir ki, bu barədə “Jerusalem Post məlumat” yayıb.

 

***

saat 21.05

İran tərəfindən İsrailə 100 ballistik raket və qanadlı raket atılıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

İranın atdığı raketlər İsrail hava məkanına daxil olmağa başlayıb. İsrailin hava hücumundan müdafiə sistemləri raketləri zərərsizləşdirir.

İsrail mənbələri Təl-Əvivin bəzi nöqtələrinin vurulduğunu bildirir.

İran İslam İnqilabı Keşikçiləri Korpusu HAMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə qarşı onlarla raket atdığını açıqlayıb. SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək.