Həm kanatla yanaşma sistemində, həm də onunla birlikdə istifadə olunan sığorta sistemində tətbiq edilən kanatların uzunluğu, eləcə də işlərin yerinə yetirilməsi üçün lazım olan kanatların uzadılma üsulları icra planında müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.
İş növbəsi müddətində işdə olan fasilələr zamanı (məsələn, nahar fasiləsi, iş şəraitinə görə fasilə) briqada üzvləri iş yerindən (hündürlükdən) kənarlaşdırılmalı, sığorta sistemlərinin komponentləri yığışdırılmalı, kanatla yanaşma sisteminin kanatları isə ya qaldırılmalı, ya da kənar şəxslər onlara yaxınlaşmamalıdırlar.